Bölmələr
İstifadəçi paneli

İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
Təqvim

«  Aprel 2008  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
Qeribler.com Çərşənbə, 2009-01-07, 17.51
Welcome Qonaq | RSS
 
 
Ana səhifə » 2008 » Aprel » 2 » Güləşçi Emin Əzizov ermənini udaraq olimpiya lisenziyası qazanıb.
Güləşçi Emin Əzizov ermənini udaraq olimpiya lisenziyası qazanıb.
14.59
 
Novruz Temrezov isə Avropa çempionatında Ermənistanı təmsil edən Vadim Laliyevə qalib gələrək bürünc medal qazanıb.

Daha bir idmançımız Pekin Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bu uğura Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə Avropa çempionatında imza atılıb. 66 kiloqramda yarışmış Emin Əzizov 3 rəqibinə qalib gələrək yarımfinala adlayıb.

Bu mərhələdə həmyerlimiz gürcü Koba Kakaladzeyə məğlub olaraq təsəlli yarışlarına yollanıb. Burada isə güləşçimiz erməni idmançısı Jixayr Ovanesyanla qarşılaşıb. İki raund və 3-cü hissə qalibi müəyyənləşdirməyib. Püşkün nəticəsinə görə Emin hücum şansı qazanıb və rəqibini döşəkdən çıxararaq 1 xala, bununla da Avropa çempionatının bürünc medalına layiq görülüb. 66 kq-da həm Avropa çempionu, həm də vitse-çempionu olimpiya lisenziyasının sahibi olduğundan, bu çəkidə Olimpiya iştirakçısı titulu həmyerlimizə qismət olub.

84 kiloqramda yarışmış Novruz Temrezov da bürünclə kifayətlənib. Temrezov 3-cü yer uğrunda döyüşdə Ermənistanı təmsil etmiş Vadim Laliyevə qalib gəlməklə buna nail olub. İlk hissədə rəqibi 1 dəfə xalçadan çıxarmış həmyerlimiz 2-ci hissədə daha 2 dəfə fərqlənərək Azərbaycan komandasına 2-ci bürüncü qazandırıb. Yığmamızın qazandığı 3-cü medal da bürüncdür. Əli İsayev superağır çəkili güləşçilərin mübarizəsində, Rumın rəqibi Rares Çintoandan bir baş üstün olub.

Təəssüf ki, ən aşağı çəki dərəcəsində yarışmış Abil İbrahimov ümidləri doğrultmayıb. O, ikinci döyüşdə Moldova güləşçisi Gennadi Tulbaya texniki xallarla məğlub olub. Digər üç güləşçimiz yarışlara qatılacaq. Bunlar 60 kq çəki dərəcəsində güləşən Allahverdi Vəliyev, dünya çempionatının bürünc mükafatçısı Çamsulvara Çamsulvarayev və çəkisi 96 kq-dək olan idmançıların yarışında mübarizə aparan Xetaq Qazyumovdur.

Kateqoriya: Spor-idman | Baxış sayı: 140 | Müəllif: psiko_turanci | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0

Only registered users can add comments.
[ Registration | Login ]
Yeni mövzular

Yeni Xəbərlər [274]
Münəccim [0]
Azərbaycan [60]
Qeribazeriler [22]
Siyasət [71]
Maraqli və Lazımlı [13]
Şəkillər [93]
Musiqi [35]
Videolar [2]
Məşhurlar [141]
Sevgi [23]
Yumor [7]
Texnalogiya/Internet [16]
Proqramlar/Mobil dünya [24]
Oyunlar [0]
Avto dünya [8]
Qadın dünyasi [26]
Tibb-Təbabət [30]
Spor-idman [69]
Ordan-burdan [231]
MiniChat

Sorğu
Saytdakı dəyişikliklər:
1. Sadəcə elm üzrə qurulsun
2. Hər ikisinə yer verilsin
3. Yazarlar saytı olsun
4. Əyləncə saytı olsun
5. Dizayn dəyişilsin
6. Blog olmasın (forum olsun)
Tam səslər: 159
Dost saytlar

Statistika

Cəmi online: 5
Qonaq: 4
İstifadəçi: 1
Salik
Copyright MyCorp © 2009