Bölmələr
İstifadəçi paneli

İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
Təqvim

«  Aprel 2008  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
Qeribler.com Çərşənbə axşamı, 2009-01-06, 17.37
Welcome Qonaq | RSS
 
 
Ana səhifə » 2008 » Aprel » 11 » İSA QƏMBƏRƏ AMERİKADAN BİR NEÇƏ DƏVƏT GƏLİB .
İSA QƏMBƏRƏ AMERİKADAN BİR NEÇƏ DƏVƏT GƏLİB .
13.38

“Yaxın günlərdə dəyərləndirib ən uyğun qərar verəcəyəm”

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Demokratlar Partiyasının qurultayına dəvət edilib. Onu da qeyd edək ki, ABŞ Respublikaçılar Partiyasının da qurultayı keçiriləcək və İsa Qəmbərin həmin tədbirə də dəvət olunacağı gözlənilir. Bəs Müsavat başqanı demokratların dəvətini qəbul edib ABŞ-a gedəcəkmi?
İsa Qəmbər bildirdi ki, ümumiyyətlə bu il yaya qədər ABŞ-a getməyi planlaşdırırmış: “Bir sıra dəvətlər də var. Hələlik səfərimin müddətini müəyyənləşdirməmişəm. Srağagün isə demokratların milli qurulayında iştirakla bağlı dəvət aldım. Bu qurultay avqust ayında, respublikaçıların qurultayı isə sentyabrda keçiriləcək. Ona görə demokratların qurultayına dəvəti dəyərləndirirəm. Ölçüb-biçəcəyəm ki, iştirak edim, yoxsa yox. Əgər gedəcəyəmsə, o vaxta qədərki səfərlərim necə olsun? O səfərləri də həyata keçirim, yoxsa, bu səfərlərin hamısını birləşdirim? Yəni müxtəlif variantlar var. Yaxın günlərdə dəyərləndirib ən uyğun qərar verəcəyəm”.
Qurultayda iştirak etmək üçün səfər xərclərinin kim tərəfindən ödənilməsinə gəlincə, İsa Qəmbər bildirdi ki, səfər xərcləri dəvət olunanların özlərinin üzərinə düşür.  
Xatırladaq ki, demokratların qurultayına Azərbaycan müxalifətindən ancaq İsa Qəmbərlə AXCP sədri Əli Kərimli dəvətlidir. “Səfərlə bağlı hər iki partiya liderinin arasında müzakirə olacaqmı” sualına İsa Qəmbər belə cavab verdi: “Dəvət məktubunu yeni almışam. Hələlik heç kimlə məsləhətləşməmişəm. Təbii ki, imkan olsa Əli Kərimli ilə fikir mübadiləsi aparacağam. Mən çox təəssüf edirəm ki, hakimiyyət qanunsuzluqlarından birini yenə davam etdirərək Əli Kərimlinin pasportunu vermir. Sözün doğrusu, bu da məni düşünməyə vadar edir. Çünki 2004-cü ildə də Demokratlar Partiyasının qurultayına dəvət almışdıq. O zaman dəvətə görə təşəkkür məktubu göndərdim və getmədim. Ancaq Əli Kərimli getdi və Azərbaycanın demokratik qüvvələri həmin qurultayda təmsil olundu. İndi Əli Kərimlinin pasport problemi olduğu üçün bir az fərqli situasiya yaranır”.


Sevdimali_Pervin
.

Kateqoriya: Siyasət | Baxış sayı: 121 | Müəllif: Pervion | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0

Only registered users can add comments.
[ Registration | Login ]
Yeni mövzular

Yeni Xəbərlər [274]
Münəccim [0]
Azərbaycan [60]
Qeribazeriler [22]
Siyasət [71]
Maraqli və Lazımlı [13]
Şəkillər [90]
Musiqi [35]
Videolar [2]
Məşhurlar [141]
Sevgi [23]
Yumor [7]
Texnalogiya/Internet [16]
Proqramlar/Mobil dünya [24]
Oyunlar [0]
Avto dünya [8]
Qadın dünyasi [26]
Tibb-Təbabət [30]
Spor-idman [69]
Ordan-burdan [231]
MiniChat

Sorğu
Saytdakı dəyişikliklər:
1. Sadəcə elm üzrə qurulsun
2. Hər ikisinə yer verilsin
3. Yazarlar saytı olsun
4. Əyləncə saytı olsun
5. Dizayn dəyişilsin
6. Blog olmasın (forum olsun)
Tam səslər: 157
Dost saytlar

Statistika

Cəmi online: 13
Qonaq: 10
İstifadəçi: 3
drEamy , TekTenha , ferid55
Copyright MyCorp © 2009