Bölmələr
İstifadəçi paneli

İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
Təqvim

«  Aprel 2008  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
Qeribler.com Çərşənbə, 2009-01-07, 06.32
Welcome Qonaq | RSS
 
 
Ana səhifə » 2008 » Aprel » 11 » İLHAM ƏLİYEV OLİMPİADAYA GEDƏCƏKMİ?
İLHAM ƏLİYEV OLİMPİADAYA GEDƏCƏKMİ?
13.42

Cəmaləddin Rəhimov: “Ölkə başçısı Pekinə MOK rəhbəri kimi yox, Azərbaycan prezidenti kimi yollana bilər”

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton hazırkı prezident Corc Buşu Pekin Yay Olimpiya Oyunlarını boykot etməyə çağırıb. O, ümid etdiyini bildirib ki, Buş 2008-ci il olimpiadasının açılış mərasiminə qatılmayacaq. Xanım Klintonun fikrincə, ilk növbədə rəsmi Pekin Tibetlə bağlı məsələdə ciddi dəyişikliklər etməli, eləcə də Sudandan “Darfur genosidi”ni dayandırmağı tələb etməlidir.
Prezident Buşun və onun administrasiyasının isə Çindəki Yay Olimpiya Oyunlarına münasibətdə mövqeyi dəyişməz olaraq qalır. Bunu Ağ Evin mətbuat katibi Toni Fratto bir daha bəyan edib: “Olimpiada baş tutacaq və ümid edirik ki, bizim idmançılarımız da orada çıxış edəcək”.
T.Fratto dövlət başçısının dünyanın ən mötəbər yarışına səfərini təxirə salmadığını da əlavə edib.
İndiyə qədər yalnız Fransanın Pekin olimpiadasını boykot edəcəyi məlumdur. Adıçəkilən Avropa ölkəsinin başçısı Nikolya Sarkozi bəyan edib ki, Çin siyasi məhbusları azad edib Dalay-Lama ilə danışıqlara başlamayınca o, olimpiadaya yollanmayacaq.
Pekin olimpiadasına yollanıb-yollanmamaq məsələsi ciddi siyasi prosesə çevrildiyi bir vaxtda görəsən Azərbaycanın mövqeyi necə olacaq? Ölkə başçısı, eləcə də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin Çinin paytaxtında təşkil olunacaq nüfuzlu yarışa qatılıb-qatılmayacağı maraq doğurur.
Məsələ ilə bağlı MOK mətbuat xidmətinin rəhbəri Cəmaləddin Rəhimovun mövqeyini öyrəndik. MOK rəsmisi dövlət başçısının Pekinə gedib-getməməsi barədə dəqiq bir söz deyə bilməyəcəyini vurğuladı: “Hələ ki bizə bu barədə ölkə başçısı səviyyəsində məlumat verilməyib. Yəqin ki, Azərbaycan prezidentinin Pekinə yollanıb-yollanmayacağı yarış ərəfəsində məlum olacaq. Dövlət başçısı bu məsələ ilə bağlı özü qərar verəcək”.
C.Rəhimov ölkə başçısının Yay Olimpiya Oyunlarını qatılacağını ehtimal etdiyini də söylədi: “İlham Əliyev 2000-ci ildə Sidney və 2004-cü ildə Afina olipiadalarına qatılıb. O, Avstraliyaya gedərkən dövlət başçısı deyildi və MOK rəhbəri kimi nüfuzlu yarışa qatılmışdı. Yunanıstana isə Azərbaycan dövlətinin başçısı kimi getmişdi. Olimpiadaya hər bir dövlətin MOK rəhbəri dəvətlidir. Amma ölkə başçısı Pekinə MOK rəhbəri kimi yox, Azərbaycan prezidenti kimi yollana bilər”.
Sevdimali_Pervin.

Kateqoriya: Spor-idman | Baxış sayı: 146 | Müəllif: Pervion | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0

Only registered users can add comments.
[ Registration | Login ]
Yeni mövzular

Yeni Xəbərlər [274]
Münəccim [0]
Azərbaycan [60]
Qeribazeriler [22]
Siyasət [71]
Maraqli və Lazımlı [13]
Şəkillər [93]
Musiqi [35]
Videolar [2]
Məşhurlar [141]
Sevgi [23]
Yumor [7]
Texnalogiya/Internet [16]
Proqramlar/Mobil dünya [24]
Oyunlar [0]
Avto dünya [8]
Qadın dünyasi [26]
Tibb-Təbabət [30]
Spor-idman [69]
Ordan-burdan [231]
MiniChat

Sorğu
Saytdakı dəyişikliklər:
1. Sadəcə elm üzrə qurulsun
2. Hər ikisinə yer verilsin
3. Yazarlar saytı olsun
4. Əyləncə saytı olsun
5. Dizayn dəyişilsin
6. Blog olmasın (forum olsun)
Tam səslər: 157
Dost saytlar

Statistika

Cəmi online: 0
Qonaq: 0
İstifadəçi: 0
Copyright MyCorp © 2009