Bölmələr
İstifadəçi paneli

İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
Təqvim

«  Aprel 2008  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
Qeribler.com Çərşənbə axşamı, 2009-01-06, 16.36
Welcome Qonaq | RSS
 
 
Ana səhifə » 2008 » Aprel » 15 » OQTAY ƏSƏDOVLA KƏMALƏDDİN HEYDƏROV ARASINDA DAVA
OQTAY ƏSƏDOVLA KƏMALƏDDİN HEYDƏROV ARASINDA DAVA
15.15

“Spikerlə fövqəlnazir”in münasibətlərindəki gərginlik pik nöqtəyə çatıb.

 

Milli Məclisin sədri Oqtay Əsədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun münasibətləri gərginləşib. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbənin sözlərinə görə, uzun müddətdən bəri müşahidə olunan spiker-"fövqəlnazir" qarşıdurması pik nöqtəyə çatıb. K.Heydərovun O.Əsədovun himayə etdiyi iş adamlarını özünün təsir dairəsinə salmağa cəhd etməsi spikerin kəskin reaksiyasına səbəb olub.
O.Əsədov məsələni K.Heydərovla qarşı-qarşıya oturub həll etmək qərarını ona çatdırıb. Adıçəkilən şəxslərin bir masa arxasında əyləşməsi baş tutsa da problem çözülməyib. Əksinə, vəziyyət qarşılıqlı ittihamlar məcrasından çıxaraq dava həddinə çatıb. Spikerin “fövqəlnazir”ə özünü ölkənin baş naziri kimi apardığını xatırlatdığı və vəziyyəti şəxsən dövlət başçısı ilə müzakirə edəcəyini bildirdiyi vurğulanır.
Qeyd edək ki, O.Əsədov hakimiyyət eşalonunda təmsil olunanlar arasında özünü ən sərbəst aparan bir neçə şəxsdən biridir. Onun heç bir nazirlə, o cümlədən K.Heydərovla, hətta Ramiz Mehdiyevlə hesablaşmadığı deyilir. Spikerin özünü bu qədər müstəqil aparmasına səbəb birbaşa İlham Əliyevlə şəxsi dostluğunun olmasıdır. K.Heydərovun da özünü hakimi-mütləq kimi aparması, ölkənin de-fakto baş naziri kimi davranması şübhəsiz ki, bir gün onunla spikeri üz-üzə gətirməli idi.
SEVDIMALI_PERVIN.

Kateqoriya: Siyasət | Baxış sayı: 200 | Müəllif: Pervion | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 1
2008-04-16
1. CAVID IBISOV (cakoo7) ]

cool


Only registered users can add comments.
[ Registration | Login ]
Yeni mövzular

Yeni Xəbərlər [274]
Münəccim [0]
Azərbaycan [60]
Qeribazeriler [22]
Siyasət [71]
Maraqli və Lazımlı [13]
Şəkillər [90]
Musiqi [35]
Videolar [2]
Məşhurlar [141]
Sevgi [23]
Yumor [7]
Texnalogiya/Internet [16]
Proqramlar/Mobil dünya [24]
Oyunlar [0]
Avto dünya [8]
Qadın dünyasi [26]
Tibb-Təbabət [30]
Spor-idman [69]
Ordan-burdan [231]
MiniChat

Sorğu
Saytdakı dəyişikliklər:
1. Sadəcə elm üzrə qurulsun
2. Hər ikisinə yer verilsin
3. Yazarlar saytı olsun
4. Əyləncə saytı olsun
5. Dizayn dəyişilsin
6. Blog olmasın (forum olsun)
Tam səslər: 157
Dost saytlar

Statistika

Cəmi online: 8
Qonaq: 5
İstifadəçi: 3
RHB , Rumpeltelskin , AINKA
Copyright MyCorp © 2009