Bölmələr
İstifadəçi paneli

İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
Təqvim

«  Sentyabr 2008  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Axtar
Qeribler.com Çərşənbə, 2009-01-07, 07.02
Welcome Qonaq | RSS
 
 
Ana səhifə » 2008 » Sentyabr » 2 » Orxan Pamuk
Orxan Pamuk
18.55

Orxan Pamuk

Orxan PamukOrxan Pamuk "doğulduğu şəhərin melanxolik ruhunu axtararkən mədəniyyət qovuşmalarını və çatışmalarını xarakterizə edən yeni simvollar kəşf etdiyinə görə" 2006-cı ildə  Nobel mükafatına layiq görülən ilk türk yazıçısıdır. Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbulda anadan olub. Üç il Nyu-Yorkda yaşamasını nəzərə almasaq, demək olar ki, bütün həyatını elə İstanbulda keçirib. O, üç il İstanbul Texniki Universitetində, paralel olaraq, İstanbul Universiteti nəzdindəki Jurnalistika İnstitutunda təhsil alıb. Müntəzəm olaraq, 1974-cü ildən - 22 yaşından yazmağa başlayıb. Onun "Cövdət bəy və oğulları" adlı ilk romanı 1979-cu ildə "Milliyet Press"in mükafatna layiq görülüb. 1982-ci ildə eyni adla çap edilən bu kitab 1983-cü ildə Orxan Kamal adına mükafat alıb. "Sakit ev" adlı ikinci romanına görə 1984-cü ildə "Madarali Novel Prize" mükafatını qazanıb.
"Ağ qəsr" adlı tarixi romanı onu Türkiyənin hüdudlarından kənarda da tanıdıb. Onun "Qara kitab"ı mürəkkəb, qarmaqarışıq, eyni zamanda dəbdəbəli yazı tərzinə, stilinə görə, türk ədəbiyyatının ən mübahisəli və populyar əsəri olub. 1992-ci ildə O.Pamuk "Qara kitab" əsərinin motivləri əsasında "Yeni həyat" adlı film ssenarisi yazıb. Filmi Türkiyənin görkəmli rejissoru Omen Kavur ekranlaşdırıb. O.Pamukun "Mənim adım Qırmızı" romanı Amerikada baş verən 11 sentyabr hadisələrindən bir həftə əvvəl satışa çıxarılıb. Yazıçı özü burada kədərli bir ironiya görür. Belə ki, bu əsərdə söhbət məhz elə iki sivilizasiyanın - İslamla Qərbin toqquşmasından gedir. Bu romana görə 2003-cü il iyunun 14-də Pamuka ən sanballı ədəbi mükafatlardan biri - IMPAC Beynəlxalq Dublin mükafatı təqdim edilib. Bu, ədəbiyyat sahəsində maliyyə baxımından ən sanballı - 100 min avro dəyərində mükafatlardan biridir
Kateqoriya: Məşhurlar | Baxış sayı: 109 | Müəllif: xancano | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 3
2008-09-03
3. Vusale (Vuska) ]

sagol

2008-09-03
2. AFAQ (nanay) ]

"yeni heyat" nese taniw gelir

2008-09-03
1. Strange (Strange) ]

meshhur yazicikdir sag ol


Only registered users can add comments.
[ Registration | Login ]
Yeni mövzular

Yeni Xəbərlər [274]
Münəccim [0]
Azərbaycan [60]
Qeribazeriler [22]
Siyasət [71]
Maraqli və Lazımlı [13]
Şəkillər [93]
Musiqi [35]
Videolar [2]
Məşhurlar [141]
Sevgi [23]
Yumor [7]
Texnalogiya/Internet [16]
Proqramlar/Mobil dünya [24]
Oyunlar [0]
Avto dünya [8]
Qadın dünyasi [26]
Tibb-Təbabət [30]
Spor-idman [69]
Ordan-burdan [231]
MiniChat

Sorğu
Saytdakı dəyişikliklər:
1. Sadəcə elm üzrə qurulsun
2. Hər ikisinə yer verilsin
3. Yazarlar saytı olsun
4. Əyləncə saytı olsun
5. Dizayn dəyişilsin
6. Blog olmasın (forum olsun)
Tam səslər: 157
Dost saytlar

Statistika

Cəmi online: 0
Qonaq: 0
İstifadəçi: 0
Copyright MyCorp © 2009